Bu gün Misli Premyer Liqasında XXIII tura 2 oyunla yekun vurulacaq.
Yenisabah.az xəbər verir ki, əvvəlcə “Kəpəz” “Şamaxı”nı qəbul edəcək.
Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq. Gəncə klubu 18 xalla 9-cu yerdə qərarlaşıb. Bir pillə yuxarıda olan “Şamaxı”nın isə 20 xalı var. Dominos pizza
Turun son matçı “ASCO Arena”da “Səbail”lə “Sabah” arasında baş tutacaq. Saat 19:00-da start götürəcək görüşü Rəşad Əhmədov idarə edəcək. Hazırda 16 xalı olan “Səbail” turnir cədvəlinin sonuncu - 10-cu pilləsində qərarlaşıb. “Sabah” isə 31 xalla beşincidir.
Telegram kanalımız