MİT İranın casus şəbəkəsini ifşa etdi

saytların hazırlanması

Evə çatdırılma

MİT İranın casus şəbəkəsini ifşa etdi

Dünya

28 Yanvar 2026 09:29 413


Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Polis İdarəsinin birgə keçirdiyi “Göyərçin” əməliyyatı ilə İranın xeyrinə casusluq edən şəbəkə zərərsizləşdirilib.

“Yeni Sabah” xəbər verir ki, İstanbul və 5 vilayətdə keçirilən əməliyyatlarda 6 şübhəli saxlanılıb və onlar məhkəmə qərarı ilə həbs ediliblər.

İstintaq zamanı özəyi iranlı kəşfiyyatçılar Najaf Rostami (“Hacı”) və Mahdi Yekeh Dehqan (“Doktor”) idarə etdiyi müəyyən olunub. Şəbəkənin Adanadakı İncirlik Hava Bazası ərazisində kəşfiyyat fəaliyyəti apardığı və mümkün sui-qəsd planları üzərində çalışdığı bildirilib. Sezar pizza

Şübhəlilər “dövlət sirri olan məlumatları siyasi və ya hərbi casusluq məqsədilə əldə etmə” maddəsi ilə həbs ediliblər. Təhlükəsizlik qurumları əməliyyatın milli təhlükəsizliyə yönəlmiş ciddi təhdidin qarşısını aldığını açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!