Mitinqlərdə 10 nəfər öldü, 1400 adam həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Mitinqlərdə 10 nəfər öldü, 1400 adam həbs olundu

Dünya

21 Oktyabr 2019 05:42 1118


Son 24 saat ərzində Çilidə iğtişaşlar zamanı 1400-dən çox insan saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, beynəlxalq KİV-lərin məlumatına görə, paytaxt dairəsində 614 nəfər saxlanılıb. Ölkənin qalan şəhərlərində 848 nəfər saxlanılıb.

İğtişaşlara və polislə toqquşmalara çevrilən etirazlar bazar ertəsi günü Santyaqoda metronun qiyməti orta hesabla 30 peso ($ 0,04) maksimum 850 peso ($ 1.2) qədər artdıqdan sonra başlayıb. Daha sonra iğtişaşlar ölkənin digər şəhərlərini də bürüyüb. Etirazlar zamanı 500-dən çox insan xəsarət alıb. Sezar pizza

Etirazlar nəticəsində 10 nəfər həlak olub. Onlardan əksəriyyəti ticarət mərkəzlərindəki yanğınların qurbanı olub. Bildirlir ki, alt paltar satılan mərkəzdə 5 nəfərin cəsədi tapılıb. Bu mağaza bazar günü axşam qarət edilib və daha sonra alovlanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!