“Mixaylo” ləqəbli şəhidin atası vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

“Mixaylo” ləqəbli şəhidin atası vəfat etdi

Sosial

14 Dekabr 2025 13:34 1367


Vətən müharibəsi şəhidi Mehti Şıxəliyevin atası Yalçın Şıxəliyev vəfat edib.

Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.

Mərhum Hacıqabul rayonunun Meyniman kənd  qəbiristanlığında, oğlunun məzarı yanında dəfn olunub. Dördpendirli pizza

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Mehti Şıxəliyev Xüsusi Təyinatlı Qüvvələrdə kiçik gizir rütbəsi ilə xidmət edib. Vətən müharibəsində qəhrəmanlıqlar göstərib. "Mixaylo" ləqəbli M.Şıxəliyev 2020-ci il noyabrın 7-də Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Mehti Şıxəliyev ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!