Mixeil Saakaşvilinin səhhəti pisləşdi

saytların hazırlanması

Evə çatdırılma

Mixeil Saakaşvilinin səhhəti pisləşdi

Dünya

04 Noyabr 2021 08:13 787


Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze jurnalistlərə açıqlamasında onun vəziyyətinin pisləşdiyini deyib.

Trend xəbər verir ki, Kipişidze Rustavi şəhərində Saakaşviliyə baş çəkdiyini və onun sağlamlığının pis olduğunu, xüsusilə ürəyində problemlər olduğunu bildirib.

"Onun vəziyyəti son dərəcə qeyri-stabildir. Bundan başqa, Saakaşvili çəkisinin 10%-ni itirib. Bu gün testlərin cavablarını aldıq və onları konsiliumla müzakirə etdik. Bir həftə əvvəl keçirilən son məsləhətləşmə ilə müqayisədə nəticələr daha pisdir. Keçmiş prezident zəifləyib və ürək döyüntüsündən şikayətlənir", - deyə həkim vurğulayıb. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!