Qarşıdan yaz ayları gəlir. İsti havalara arıq girmək istəyirsinizsə və ya qarın bölgənizdəki piylərdən şikayət edirsinizsə sizin üçün mükəmməl resepti təqdim edirik.
Yenisabah.az xəbər verir ki, bu qarışıq öz təsirini çox qısa müddətdə göstərir.
Cəmi 2 həftə müntəzəm olaraq istifadə etməklə xeyli çəki atmaq və qarın piylərinizdən xilas olmaq mümkündür. Bundan əlavə, bu qarışıq maddələr mübadiləsini sürətləndirməyə də kömək edir.
Qarışıq üçün lazım olanlar:
- 3 xörək qaşığı az yağlı qatıq
- 1 stəkan mineral su
- Yarım limonun suyu
- 1 çay qaşığı zəncəfil tozu
Hazırlanma qaydası:
Yarım limonun suyunu və zəncəfili qatığa əlavə edin. Sonra mineral suyu yavaş-yavaş qarışıma əlavə edin. Mineral suyu yavaş-yavaş əlavə etmək həddindən artıq köpüklənmənin və daşmasının qarşısını almağa kömək edəcək.
İstifadə qaydası:
Hazırladığınız ayranı səhər yeməyindən yarım saat əvvəl və gecə yatmazdan əvvəl içə bilərsiniz. Bu müalicəyə əlavə olaraq, pəhrizə riayət etsəniz və çörəyi azaltsanız təsirini daha tez əldə edə bilərsiniz. 2 həftə ardıcıl bu ayranı içmək qarın yağlarınızı əritməyə kömək edəcək. Bu qarışım həzm sisteminizin rahatlaması üçün böyük əhəmiyyət kəsb edir. Limon və mineral su immunitet sisteminizi və maddələr mübadiləsini sürətləndirməkdə çox təsirlidir.
Ağır şəkərli diabet, qan təzyiqi, insulin müqaviməti kimi təkrarlanan bir xəstəliyiniz varsa,müalicəyə başlamazdan əvvəl mütləq həkiminizlə məsləhətləşin.
Qarışımın digər faydaları:
-Mineral su tam bir mineral məbəyidir və həzmi asanlaşdırır və maddələr mübadiləsini sürətləndirməyə kömək edir.
- Qatıq isə doyurucu xüsusiyyəti sayəsində tez-tez acmağınızın qarşısını alacaq.
- Limon bədənin müxtəlif yerlərində yığılan piylərin yandırılmasına kömək edir.
Zəncəfil - Metobolizmanı sürətləndirib “daxili isinmə” effekti verir və piy toxumalarını parçalayır. Sidikqovucu təsir göstərib bədəndəki şişkinliyi azaldır. O, yağların yığılmasına kömək edən şlakları və toksinləri orqanizmdən kənarlaşdırır.
Telegram kanalımız