Modriç karyerasını “Kral klubu”nda bitirmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

Modriç karyerasını “Kral klubu”nda bitirmək istəyir

İdman

22 Mart 2025 19:40 462


"Real"ın futbolçusu Luka Modriç gələcəyi haqda danışıb. 

Yenisabah.az Telefoot-a istinadla xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi deyib: 

"Real"la yeni müqavilə? Tələsməyə ehtiyac yoxdur. Mövsümün bitməyinə hələ vaxt var. Çoxlu oyunlarla məşğuluq, bütün diqqət meydandadır. Ondan sonra baxacağıq. Arzum karyeramı "Real"da bitirməkdir. Bu, böyük istəyimdir".  pizza sifarişi

Luka Modriçin "Real"la hazırkı müqaviləsi bu ilin iyun ayına qədərdir. Xorvatiyalı futbolçu bu mövsüm komandasının heyətində 44 matça çıxaraq 4 qol vurub və 7 qolun ötürməsini edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!