MOK Paris-2024-ün medallarına görə BOK-a müraciət edəcək

saytların hazırlanması

Evə çatdırılma

MOK Paris-2024-ün medallarına görə BOK-a müraciət edəcək

İdman

20 Yanvar 2025 14:30 187


Milli Olimpiya Komitəsi (MOK) Azərbaycan idmançılarının Paris Olimpiadasında qazandığı medalların keyfiyyətini itirməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət edəcək.

Yenisabah.az xəbər verir ki, bunu komitənin mətbuat katibi Murad Fərzəliyev deyib.

Qurum rəsmisi Paris-2024 Yay Olimpiya Oyunlarında medalları korlanan mükafatçıların problemləri barəsində ətraflı araşdırmalar aparıldığını bildirib: "Hələ ki, iki idmançımızın medallarında bu problem aşkarlanıb. Araşdırmaların nəticələrindən sonra məsələ aydınlaşdırılacaq və BOK-a müraciət olunacaq". Dördpendirli pizza

Ötən il Fransanın paytaxtı Parisdə baş tutan Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşən Azərbaycanın iki idmançısının medalı korlanıb.

Taekvondo yarışlarında ikinci yeri qazanan Qaşım Maqomedovun gümüş, güləş yarışlarında üçüncü yeri tutan Həsrət Cəfərovun isə bürünc medalı keyfiyyətini itirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!