Moldova Bakıdakı səfirini geri çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Moldova Bakıdakı səfirini geri çağırdı

Siyasət

05 Dekabr 2019 08:30 1152


Moldova hökuməti Xarici İşlər Nazirliyinin Baş katibi Yevgeni Revenko tərəfindən təqdim olunan və bir neçə səfirin geri çağırılmasını nəzərdə tutan qətnamə layihələrini təsdiqləyib.

"Yeni Sabah" bildirir ki, bu barədə Moldova KİV-ləri yazıb. Belə ki, səfirlərin geri çağırıldığı ölkələr arasında Azərbaycan da var.

Belə ki, Movdova hökumətinin qərarı əsasında Respublikanın Azərbaycandakı səfiri Georgi Leuka Kişineuya qayıdacaq.  pizza sifarişi

Moldovanın Azərbaycandakı səfirliyindən bu xəbəri təsdiqləyiblər.

Eyni zamanda Moldovanın Portuqaliyadakı səfiri Dumitru Sokolan və Estoniyadakı səfiri İnqa İonese də geri çağırılıb. 

Moldova mətbuatında qeyd olunub ki, G.Leuka və D.Sokolan dövlət katibi funksiyalarını yerinə yetirmək üçün Kişineuya qayıdır. Onların namizədlikləri hökumətin iclasında təsdiqlənib. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!