Mollanı axtaran sərxoş məscidə girdi, yanğın törətdi

saytların hazırlanması

Evə çatdırılma

Mollanı axtaran sərxoş məscidə girdi, yanğın törətdi

Dünya

09 Noyabr 2019 14:09 985


Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufada şəhər sakinlərindən biri kibrit yandıraraq mollanı axtardığı zaman təsadüf nəticəsində məscidi yandırıb.

"Yeni Sabah" xəbər verir ki, bu məlumatı Başqırdıstan Daxili İşlər Nazirliyi yayıb. Yanğın noyabrın 3-də gecə saatlarında baş verib. Nazirlik yanğının baş verdiyi məscidin "Həmzə" olduğunu açıqlayıb.

İnsidenti törədən şəxsin 39 yaşının olduğu müəyyənləşdirilib. O, polisə verdiyi ifadə də sərxoş olduğunu və məscidin yanından keçərkən onun qapısının açıq qaldığını, mollanı axtarmaq üçün kibrit yandıraraq içəri girdiyini, amma heç kimi tapmadığı üçün kibriti ataraq məscidi tərk etdiyini və bundan sonra yanğının başladığını bildirib. /axar.az pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!