“Moskva ABŞ ilə sammitə hazırlığı müzakirə etməyə hazırdır” - Lavrov

saytların hazırlanması

Evə çatdırılma

“Moskva ABŞ ilə sammitə hazırlığı müzakirə etməyə hazırdır” - Lavrov

Siyasət

11 Noyabr 2025 18:43 428


Moskva Vaşinqtonla Rusiya və ABŞ liderlərinin - Vladimir Putin və Donald Trampın sammitinə hazırlığın bərpasını müzakirə etməyə hazırdır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov yerli mətbuata müsahibəsində bildirib.

"Biz ABŞ-dən olan həmkarlarımızın bizim haradasa gizli şəkildə yerin dərinliklərində qazıntı apardığımız, orada nəsə etdiyimiz barədə yaranmış şübhələrini, həmçinin onların təklif etdiyi Rusiya və ABŞ liderləri sammitinə hazırlıq işlərinin bərpa olunmasını müzakirə etməyə hazırıq", - o bildirib. Dördpendirli pizza

Xatırladaq ki, oktyabrın 16-da Donald Tramp Rusiya Prezidenti ilə telefon danışığından sonra tərəflərin tezliklə Macarıstanın paytaxtı Budapeştdə görüşmək barədə razılığa gəldiklərini açıqlamışdı. Sonradan sammit təxirə salınmışdı. Çünki Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə əhəmiyyətli nəticəyə nail olmaq üçün mövqeləri razılaşdırmaq mümkün olmayıb. Moskva və Vaşinqton uyğun şərait yaradıldıqda görüşün baş tutacağını vurğulayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!