Moskva Həbibin rəqibini belə qarşıladı - Video

saytların hazırlanması

Evə çatdırılma

Moskva Həbibin rəqibini belə qarşıladı - Video

İdman

25 Oktyabr 2019 06:37 2860


Dünya şöhrətli döyüşçü Konor Makqreqor Rusiyanın paytaxtı Moskva şəhərində səfərdədir.

“Yeni Sabah” xəbər verir ki, Konor mətbuat konfransından sonra cangüdənləri, meneceri və həyat yoldaşı ilə birlikdə paytaxtı gəzmək qərarına gəlib.

İrlandiyalı döyüş ustası Moskva ilə tanışlığını davam etdiyi vaxt paparatzilər onu gözdən kənar qoymayıblar. Onu görən ətrafdakı insanlar isə Konorun hər addımını diqqətlə izləyib, onunla şəkil çəkdirmək üçün sıraya düzülüblər. pizza

Lakin cangüdənlər Makqreqora yaxınlaşmağa icazə vermədikləri üçün tamaşaçılar döyüşçünü yalnız kənardan izləməklə kifayətləniblər. Məşhurun əhvalının yerində olması bir çox kadrlarda aydın görünüb. Döyüş ustası Konor Makqreqorun hələ bir neçə gün Moskvada qalacağı barədə məlumat verilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!