Moskva Naxçıvanda vurulan helikopterlə bağlı Bakıya müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Moskva Naxçıvanda vurulan helikopterlə bağlı Bakıya müraciət etdi

Rəsmi

05 Yanvar 2021 12:42 1860


Rusiyanın hərbi müstəntiqləri noyabrın 9-u axşam Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində vurulan helikoperlə bağlı Azərbaycandan hüquqi yardım istəyiblər.

Yenisabah.az Rusiyanın “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, onlar Mi-24 helikopterinin vurulması ilə bağlı Bakıdan şəbhəli şəxslərlə bağlı əlavə məlumat almağa çalışırlar.

“Araşdırma zamanı bir sıra istintaq hərəkətlərinə, o cümlədən, bəzi şübhəlilərin müəyyənləşdirilməsinə, hadisənin baş vermə səbəblərini aydınlaşdırmağa ehtiyac yaranıb. Bununla bağlı, Azərbaycan tərəfinə beynəlxalq hüquqi yardım göstərməsi ilə bağlı müraciət edilib”- deyə agentlik məlumat verib. Dominos pizza

Şübhəli şəxslərin qanunvericiliyə əsasən, Rusiyaya verilməsi mümkün olmadığı üçün toplanmış sənədlər Bakıya göndəriləcək.

“Söhbət Rusiyaya təhvil verilməyəcək xarici vətəndaşlardan getdiyi üçün onları məsuliyyətə cəlb edəcək istintaq materialları Bakıya göndəriləcək”-deyə agentlik qeyd edir.

Modern.az xatırladır ki, Rusiya 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən insidentlə bağlı “2 və daha artıq şəxsin qəsdən öldürülməsi” maddəsi ilə iş açıb.

Noyabrın 9-da saat 18.30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması nəticəsində 2 hərbi qulluqçu həlak olub, 1 nəfər isə yaralanıb.

Həmin faktla bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və istintaqın aparılması Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna həvalə edilib.

Azərbaycanın Baş Prokuroru Kamran Əliyev Rusiyanın Baş Prokuroru İqor Krasnova zəng edərək, hadisə nəticəsində həlak olanlarla bağlı başsağlığı verib. Eyni zamanda, başlanmış cinayət işi üzrə həyata keçirilən ilkin istintaq hərəkətləri barədə həmkarını məlumatlandırmaqla, onu tam, obyektiv və hərtərəfli istintaq aparılacağına əmin edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!