“Əlbəttə, Moskva Avropanın aktiv rol oynamasından narahatdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) xarici siyasət şöbəsinin müdiri, “Caucasus International” jurnalının baş redaktoru Cavid Vəliyev deyib.
O, mayın 23-də Belçikanın paytaxtı Brüsseldə Avropa Şurası İttifaqının vasitəçiliyi ilə keçiriləcək Azərbaycan-Ermənistan liderlərinin növbəti dialoqundan əvvəl Moskvanın yeni üçtərəfligörüş təyin edib-etməyəcəyi ilə bağlı mülahizələrə münasibət bildirib. Toyuqlu pizza
Mütəxəssis qeyd edib ki, aprelin 6-da Brüsseldə keçirilən görüşdən sonra dəfələrlə Rusiya və Ermənistan rəsmiləri arasında telefon danışığı və qarşılıqlı səfərlər olub:
“Elə görüşdən bir gün sonra Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Moskvaya getdi. Ona bildirdilər ki, məsələnin həlli yeri Brüssel yox, Moskvadır. Yəni Moskva bu prosesdən narahatdır və istəmir ki, Brüsselin vasitəçiliyi ilə nizamlansın.
Amma bir məsələ də var ki, Ermənistan nə Brüsseldə, nə də Moskva əldə olunan razılaşmalara əməl edir. Brüsseldə qərara alındı ki, delimitasiya və demarkasiya ilə bağlı komissiya qurulsun, amma qurulmadı.
Odur ki, indi Moskvanın, eləcə də rəsmi İrəvanın davranışları olduqca vacibdir. Çünki Ermənistan verdiyi sözlərə və altına imza atdığı bəyanatlara əməl etmir”.
Politoloq əmindir ki, Brüsselin prosesdə aktiv olması müsbət nəticələr yarada bilər:
“Son vaxtlarda Brüsselin vasitəçiliyi ilə 3 görüş keçirilib və orada nə statusdan, nə də münaqişədən bəhs olunub. Təbii ki, bu, bizim üçün müsbət qiymətləndirilə bilər. Əgər AŞ İttifaqı bu mövqelərini davam etdirərsə və Ermənistanın vədini icra etməsi üçün ona hər hansı bir təzyiq göstərərsə, bu, müsbət qiymətləndirilə bilər.
Məncə, 23 may görüşündən əvvəl və yaxud sonra Moskva hansısa addım atacaq. 2 gün əvvəl Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bir açıqlama verdi, dedi ki, biz sərhədlərin delimitasiyası və demarkasiyası üçün görüşlərin keçirilməsinin tərəfdarıyıq. Hətta sərhədlərin təyin edilməsi üçün keçmiş SSRİ Baş Qərargah İdarəsinin xəritələrini vermək istəyirlər.
Ermənistanın hələ də komissiyanın tərkibini müəyyənləşdirə bilməyib. Sözdə “müəyyənləşdirilib” deyir, amma qarşı tərəfin təqsirindən görüşlər keçirilmir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız