Moskvada Azərbaycanla hökumətlərarası əməkdaşlıq sazişi imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Moskvada Azərbaycanla hökumətlərarası əməkdaşlıq sazişi imzalandı

İqtisadiyyat

21 Dekabr 2024 13:47 1731


Rusiya Nəqliyyat Nazirliyində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Rusiyanın nəqliyyat naziri Roman Starovoit arasında görüş keçirilib.

Yenisabah.az xəbər verir ki, iclasın sonunda nazirlər Rusiya Baş nazirinin müavini Vitali Savelyevin iştirakı ilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə tranzit yükdaşımaların inkişafı üzrə Azərbaycan-Rusiya hökumətlərarası əməkdaşlıq sazişini imzalayıblar.

Saziş iki ölkə arasında dəmir yolu infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən edir. Onun məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini artırmaq və Şimal-Cənub nəqliyyat dəhlizinin qərb marşrutunun potensialını artırmaqdır. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!