Moskvada azərbaycanlı qadınlar zorla evdən çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

Moskvada azərbaycanlı qadınlar zorla evdən çıxarılır

Maraqlı

23 Sentyabr 2023 12:24 861


Rusiyanın paytaxtı Moskvada bir oteldə yaşayan azərbaycanlılar zorla evdən çıxarılır. 

Lent.az yerli mediaya istinadla bildirir ki, 72 yaşlı Zetta Zeynalova və qızı Regina Matatiyeva 1990-cı ildən Moskvanın cənub-şərqində oteldə məskunlaşıblar. Bu barədə rayon icra hakimiyyətinin də qərarı var.

Məlumata görə, ana və qızından əlavə bir neçə azərbaycanlı da burada yerləşdirilib. Lakin zamanla onlar evlə təmin edilsə də, Zetta Zeynalova və qızı Regina Matatiyeva burada qalıblar. Onların oteldə qalmaq hüququ məhkəmə tərəfindən təsdiqlənib. pizza mizza

Lakin 2 gün əvvəl otağın işığı kəsilib və yeni sahibkar qadınları zorla evdən çıxarmağa cəhd edib. Onlar İstintaq Komitəsinə və prokurorluğa özbaşınalıq faktı üzrə araşdırma aparılması həmçinin cinayət işinin başlanması xahişi ilə ərizə hazırlayıblar. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!