Bu gün Moskvanın Saxarov prospektində keçirilən icazəli mitinqdə 50 min insanın iştirak etdiyi bildirilir.
“Yeni Sabah” xəbər verir ki, "Səsvermə Hüququmuzu Bərpa Edək" adlı mitinqlə yanaşı Rusiyanın başqa şəhərlərində də, sərbəst seçkilərə dəstək aksiyaları keçirilib. Rusiya Daxili İşlər Nazirliyi mitinqdə 20 min iştirakçının olduğunu, digər mənbələr isə bu rəqəmin 49 mindən yüksək olduğunu bildirirlər.
Mitinqdən sonra müxalifət liderlərindən biri, Aleksey Navalnının Çelyabinskdəki qərargahının koordinatoru Boris Zolotarevski saxlanılıb. Dominos pizza
Xəbərlərə görə, onun saxlanmasına səbəb, mitinq üçün təyin olunan vaxt sona çatdıqndan sonra mitinq iştirakçılarını "gəzməyə" dəvət etməsi olub.


Telegram kanalımız