Moskvada koronavirusa yoluxmuş və yanaşı xəstəliyi olan daha 75 nəfər dünyasını dəyişib.
Yenisabah.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 11 064-ə çatıb. Sezar pizza
Qeyd edək ki, Moskvada indiyədək 792 457 insanda (son sutkada 6253 nəfər) koronavirus aşkar olunub, daha 609 770 nəfər isə müalicə olunaraq sağalıb.
Telegram kanalımız