Moskvada terror aktı zamanı ölən azərbaycanlının anbaan görüntüləri - Video

saytların hazırlanması

Evə çatdırılma

Moskvada terror aktı zamanı ölən azərbaycanlının anbaan görüntüləri - Video

Hadisə

24 Mart 2024 23:53 8653


Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında baş verən terror aktı zamanı həlak olan etnik azərbaycanlı Vüqar Hüseynov qəhrəmanlıq nümayiş etdirib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

Atışma başlayanda o, digərləri ilə birlikdə evakuasiya olunmağa çalışsa da, bir qrup yaraqlıya rast gəlib. Bu zaman Vüqar qorxuya düşən insanları xilas etmək üçün bar masalarından barrikadalar düzəltməyə başlayıb. Bu an dəhşətli hücumun şahidlərindən biri tərəfindən videoya çəkilib - kadrlarda Vüqarın əynində yaşıl gödəkçə var. Marqarita pizza

Dostlarının dediyinə görə, o, qaçıb gizlənə bilərdi, lakin “Piknik”in konsertinə gələn digər insanları tərk etməyib. Bir müddət sonra “Vnukovo”nun işçisi güllələnib. İkinci mərtəbədən çəkilmiş videoda onların konsert zalının birinci mərtəbəsinin döşəməsində cansız vəziyyətdə uzandıqları görünür.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!