Moskvada Vəzirovla vida mərasimi keçirildi    - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Moskvada Vəzirovla vida mərasimi keçirildi  - Fotolar

Maraqlı

12 Yanvar 2022 15:11 865


Moskva şəhərinin Troekurov qəbiristanlığında Azərbaycanın keçmiş rəhbərlərindən Əbdürrəhman Vəzirovla vida mərasimi keçirilir.

Məlumata görə, mərasimdə Ə.Vəzirovun yaxınları, o cümlədən oğlu Eldar çıxış edib.

Sonra Quran ayələri oxunub. pizza

Ə.Vəzirov sağlığında həyat yoldaşı İrinanın yanında dəfn olunmağı vəsiyyət edib.

1930-cu ildə Bakının Kirov (indiki Binəqədi) rayonunda doğulan Ə.Vəzirov 1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1990-cı ilin yanvar faciəsindən sonra Rusiyaya gedib və ömrünün qalan hissəsini bu ölkədə yaşayıb/Report.

Allah rəhmət eləsin! 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!