Bu gün Rusiyanın paytaxtı Moskvanın hava limanlarında 80-dən çox aviareys təxirə salınıb və ya ləğv edilib.
Yenisabah.az xəbər verir ki, aviareyslərin gecikməsi Moskvanın "Vnukovo","Domodedovo", “Şeremetyevo” hava limanlarında qeydə alınıb.
Məlumata görə, bu gün "Vnukovo" hava limanında üç reys gecikib, üç reys təxirə salınıb, "Domodedovo" hava limanında beş reys gecikib, “Şeremetyevo” hava limanında isə 72 reys ləğv edilib, iki reys gecikib. pizza
Dekabrın 31-də sözügedən hava limanlarında 180-dən çox aviareys təxirə salınıb və ya ləğv edilib.
Telegram kanalımız