Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, iyunun 20-də saat 16 radələrində Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində kənd sakini Əliağa Ağakişiyevin idarə etdiyi “Yupiter” markalı motosikletlə Bakı şəhər sakini V.Osmanovun idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub.
Nəticədə Ə.Ağakişiyev hadisə yerində ölüb. Marqarita pizza
Qusar RPŞ tərəfindən araşdırma aparılır.
Telegram kanalımız