MSK üzvlüyünə yeni namizəd irəli sürüldü

saytların hazırlanması

Evə çatdırılma

MSK üzvlüyünə yeni namizəd irəli sürüldü

Siyasət

18 Oktyabr 2019 12:42 996


Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü təyin ediləcək.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Milli Məclisə layihə daxil olub.

Milli Məclisin (MM) heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlarının yığıncağına sədrlik edən MM sədrinin müavini Valeh Ələsgərovun adından spiker Oqtay Əsədova ünvanlanan müraciətdə bildirilib ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq, Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil edəcək Rövzət Qasımovun namizədliyi parlamentin müzakirəsinə təqdim olunur.  Marqarita pizza

Xatırladaq ki, R.Qasımov MSK Katibliyinin müdiridir. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!