MTRŞ cizgi filmləri ilə bağlı məsələ qaldırdı

saytların hazırlanması

Evə çatdırılma

MTRŞ cizgi filmləri ilə bağlı məsələ qaldırdı

Sosial

27 Fevral 2019 12:59 798


Gələcəkdə Azərbaycanda ümumrespublika yayımlı uşaq telekanalının yaradılması məsələsinə baxıla bilər.

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli qeyd edib ki, rəhbərlik etdiyi qurum uşaq televiziya kanalının yaradılmasında maraqlıdır: "Lakin bunun üçün də əsas olmalıdır. Ola bilsin ki, gələcəkdə bu məsələyə baxılsın".

O əlavə edib ki, Şura milli cizgi filmlərinin çəkilməsi məsələsinə xüsusi yanaşır: "Hətta əvvəllər cizgi filmlərinin çəkilməsi ilə bağlı məsələ də qaldırmışdıq. Azərbaycan uşaqları xarici cizgi filmləri əsasında böyüməməlidirlər". Dominos pizza

MTRŞ sədrinin fikrincə, maliyyə imkanları çərçivəsində hər il heç olmasa bir neçə cizgi filmi çəkilməlidir ki, müəyyən müddətdən sonra o cizgi filmlərindən artıq böyük bir arxiv formalaşdırılsın və uşaqlar həmin filmlər əsasında böyüsünlər:

"Bilirsiniz ki, Azərbaycanda "ARB Günəş" adında cizgi filmləri göstərən televiziya fəaliyyət göstərir. Burada nümayiş olunan cizgi filmlər Azərbaycan dilində səsləndiyi üçün bütün alələr o filmləri uşaqlarına göstərirlər. Bu, çox müsbət bir tendensiyadır. Baxmayaraq ki, həmin telekanal bölgələrdə yayımlanır, biz onun kabel şəbəkəsində yayımı üçün şərait yaratdıq".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!