Mübariz Mənsimova cinayət işi açıldı -   Türkiyədən çıxışı qadağan olundu

saytların hazırlanması

Evə çatdırılma

Mübariz Mənsimova cinayət işi açıldı - Türkiyədən çıxışı qadağan olundu

Dünya

09 Fevral 2020 04:35 11237


Türkiyədə fəaliyyət göstərən azərbaycanlı biznesmen, “Palmali Holding”in sahibi Mübariz Mənsimovun barəsində cinayət işi qaldırılıb.

“Yeni Sabah” xəbər verir ki, onun Türkiyəni tərk etməsinə qadağa qoyulub.

İş adamı FETÖ terror təşkilatı ilə əlaqədə və casusluqda ittiham olunur. pizza

Bu barədə Mənsimovun özü Facebook səhifəsindən bildirib. O, barəsində irəli sürülən ittihamları “yalan” adlandırır və bildirir ki, yüksək məhkəməyə müraciət edib. Hərçənd cinayət işinin və ittihamın təfərrüatları barədə məlumat verməyib.

M.Mənsimovun müraciətindən belə anlaşılır ki, ona qarşı ifadə verənlər arasında “Palmali” şirkətinin keçmiş əməkdaşları, o cümlədən Azərbaycan vətəndaşları da var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!