İranın ali rəhbəri Müctəba Xamenei-nin ABŞ-la danışıqlara razılıq verdiyi barədə yayılan xəbərlər diqqət çəkib.
“Yeni Sabah” xəbər verir ki, məlumatın ilkin olaraq YNET tərəfindən yayıldığı iddia olunur. Lakin beynəlxalq media və mötəbər mənbələrdə bu iddia dolayı şəkildə təsdiqlənmir.
Belə ki, Reuters və digər nüfuzlu media orqanlarının yaydığı məlumatlara əsasən ABŞ və İran arasında yalnız dolayı təmaslar mümkündür. İran rəhbərliyi isə rəsmi danışıqlara açıq razılıq verməyib. Bəzi rəsmi açıqlamalarda hətta gərginliyin azaldılması təklifləri rədd edilib Marqarita pizza
Qeyd edək ki, son günlər regionda artan gərginlik fonunda ABŞ–İran münasibətləri yenidən gündəmdədir və bu tip xəbərlər geniş müzakirələrə səbəb olur.
Telegram kanalımız