Müdafiə nazirinin müavini hərbi qulluqçularla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə nazirinin müavini hərbi qulluqçularla görüşdü

Maraqlı

31 Dekabr 2021 16:31 829


Müdafiə nazirinin tapşırığına əsasən müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hərbi hissələri ziyarət edib. 

Bu barədə "Yeni Sabah"a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçuların sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə maraqlanan nazir müavini müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb. pizza hut

General-leytenant N.Osmanov xidmətin daha yaxşı təşkili, döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, eyni zamanda maddi-texniki təminatın yaxşılaşdırılması istiqamətində Müdafiə nazirinin müvafiq tapşırıqlarını aidiyyəti üzrə çatdırıb.

Sonda hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!