Müdafiə Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdəki işlərlə bağlı görüntüləri yaydı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdəki işlərlə bağlı görüntüləri yaydı - Video

Rəsmi

24 Dekabr 2020 18:34 911


Azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər görülür.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Mühəndis Qoşunlarının bölmələri avtomobil və döyüş texnikasının kolonlarının təhlükəsiz hərəkəti üçün yolları bərpa edir və minalardan təmizləyir. Toyuqlu pizza

Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra olunur. Eyni zamanda, əkin sahələri də minalardan təmizlənərək orada ilk əkin işlərinə başlanılıb.

Bundan əlavə, partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!