Müdafiə Nazirliyi məlumat yaydı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi məlumat yaydı - Foto

Maraqlı

18 Sentyabr 2023 18:28 446


Avropa Birliyinin ERASMUS proqramı çərçivəsində Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının nümayəndələri ölkəmizə səfər edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda bolqarıstanlı nümayəndə heyəti ilə görüş keçirilib. Dördpendirli pizza

Görüşdə Hərbi İdarəetmə İnstitutunun xarici dil müəllim heyətinin tədrisi, qiymətləndirilmə, STANAG testlərinin tərtibatı və tədris proqramlarının hazırlanması istiqamətində təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib.

Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti tərəfindən nümunəvi dərslərin keçirilməsi də nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!