Müdafiə Nazirliyi məlumat yaydı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi məlumat yaydı - Fotolar

Maraqlı

24 Avqust 2023 18:23 629


Müdafiə nazirinin tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin Şəhid Ailələri, Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri hərbi qulluqçuların və mülki işçilərin maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə hərbi hissələrdə görüşlər keçirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, keçirilən görüşlər zamanı “Ailə dəyərlərinin qorunması” və digər mövzularda fərdi və qrup şəklində ətraflı söhbətlər aparılıb, şəxsi heyətin qayğıları öyrənilib, onların həlli istiqamətində birgə səy göstərilməsinin əhəmiyyəti vurğulanıb. pizza sifarişi

Həyata keçirilən maarifləndirmə tədbirlərində hərbi qulluqçuların və mülki işçilərin fikirləri dinlənilib, maraq doğuran suallar cavablandırılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!