Müdafiə Nazirliyi məlumat yaydı - Video

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi məlumat yaydı - Video

Maraqlı

08 Noyabr 2021 20:34 2994


"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmələrlə keçirilən komanda-qərargah təlimi başa çatıb.

Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, təlimin planına əsasən praktiki fəaliyyətlərə cəlb edilən bölmələr ərazidə müxtəlif təlim-döyüş tapşırıqlarını icra ediblər.

Komanda-qərargah təliminin sonuncu mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində birləşmə və hissələrin fəaliyyəti, qərarların və hesablamaların reallığı kompüterlər üzərində keçirilən təlimdə qiymətləndirilib. Marqarita pizza

Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılan zaman ayrı-ayrı tapşırıq yerinə yetirən taktiki və xüsusi qrupların fəaliyyətinin uzlaşmasına nail olunduğu bildirilib, döyüşü idarəetmə mərkəzlərində qoşunların fəaliyyətinin əlaqələndirilməsi üzrə yaradılmış işçi qruplarının, təlimə cəlb olunmuş birləşmə komandirlərinin və qərargahların fəaliyyətləri qiymətləndirilərək aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində tapşırıqlar verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!