Müdafiə Nazirliyi yeni məlumat yaydı: Düşmən Kəlbəcərdə...

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi yeni məlumat yaydı: Düşmən Kəlbəcərdə...

Maraqlı

10 Dekabr 2021 14:09 1193


Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb. 

Nu barədə Yenisabah.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib. Dördpendirli pizza

Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!