Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ

Maraqlı

09 Dekabr 2021 10:15 782


Azərbaycan Müdafiə Nazirliyi dövlət sərhədində təxribat törədən Ermənistana növbəti dəfə xəbərdarlıq edib.

Yenisabah.az-ın xəbərinə görə, nazirlikdən bildirilib ki, baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub", - nazirlikdən qeyd olunub. Marqarita pizza

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələri növbəti təxribat törətdib. Təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!