Müdafiə Nazirliyinin nümayəndə heyəti Rəşad Atakişiyevin məzarını ziyarət edib

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyinin nümayəndə heyəti Rəşad Atakişiyevin məzarını ziyarət edib

Sosial

24 İyul 2020 20:15 888


Müdafiə nazirinin tapşırığına əsasən təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının ildönümündə nazirliyin nümayəndələri tərəfindən onun məzarı ziyarət olunub, əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, anma mərasimində Hərbi Hava Qüvvələrinin zabiti polkovnik Elşad Pənahov çıxış edərək R.Atakişiyevin Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində özünü peşəkar, nümunəvi, vətənpərvər zabit kimi göstərdiyini və onun xidmətlərinin həmişə yüksək qiymətləndirildiyini qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!