Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanlarına start verilir.
Təhsil Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, sınaq imtahanları 18-30 may tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək. Sınaq imtahanlarında 7000-dən çox şəxsin iştirakı gözlənilir. İmtahan qrafiki ilə bağlı iştirakçıların şəxsi səhifələrinə məlumat göndərilib.
İştirakçılar sınaq imtahanına gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidir. pizza hut
Telegram kanalımız