BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 580 manat təşkil edir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə BŞTİ-nin 2018-2019-cu il statistikasında məlumat verilib.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin II, IV, VI və VIII siniflərində tədris dili, riyaziyyat və ingilis dili fənlərindən qiymətləndirmələr təşkil edilib. Dominos pizza
Məktəb özünüqiymətləndirmənin formalaşdırılması məqsədi ilə sözügedən qiymətləndirmənin təşkili ümumi təhsil məktəblərinin rəhbərliyinə həvalə olunub. Qiymətləndirmələrin təşkili vəziyyətinin monitorinqi və real nəticələrin əldə olunması məqsədi ilə 5 ümumi təhsil məktəbində qiymətləndirmələr BŞTİ əməkdaşlarının rəhbərliyi ilə həyata keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxtın 12 inzibati rayonu üzrə 673 pedaqoji mühazirə dinlənilib. Yekun mərhələdə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrini təmsil edən 15 məruzəçi fərqlənib. Məruzəçi müəllimlər pedaqoji mühazirələrin respublika mərhələsində iştirak etmək hüququ qazanıb.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsi reallaşdırılıb. Layihə çərçivəsində ekoloji mühazirələr, ekskursiyalar təşkil edilib. 2018-2019-cu tədris ilində 40-dan artıq ümumi təhsil məktəbində müxtəlif ekoloji mövzularda təqdimatlar keçirilib. Təqdimatlarda 5000-dən artıq şagird iştirak edib.
BŞTİ tərəfindən “Məktəb seminarları” keçirilib. Bakının hər bir rayonu üzrə keçirilmiş seminarlara 4931 nəfər iştirakçı qatılıb.
Telegram kanalımız