"MuğanBank" ASC-nin baş ofisində insident baş verib.
“Yeni Sabah” BAKU.WS-ə istinadən xəbər verir ki, müştəri ilə bankın mühafizəçisi arasında mübahisə yaranıb. Daha sonra müştəri bıçaq çəkərək mühafizəçinin ağzını kəsib.
Xəbərə görə, hadisə parkinq yerinə görə baş verib. Bankın müştərisi avtomobilini bankın idarə heyətinin sədri Elmir Mehdiyevin maşını üçün nəzərdə tutulan yerdə saxlayıb. Bu zaman mühafizəçi müştəriyə yaxınlaşaraq maşını yerindən çəkməyi tələb edib. pizza
Müştəri ilə mühafizəçi mübahisə etməyə və bir-birlərinə nalayiq ifadələr səsləndirməyə başlayıblar.
Sonda isə müştəri mühafizəçinin ağız nahiyəsinə bıçaqla xəsarət yetirib.
Telegram kanalımız