Müğənni: Əməliyyat zamanı ürəyim dayandı - Video

saytların hazırlanması

Evə çatdırılma

Müğənni: Əməliyyat zamanı ürəyim dayandı - Video

Şou

20 İyun 2023 11:45 797


Müğənni Bahar Lətifqızı ölümlə üz-üzə qalıb. 

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, sənətçi qonaq olduğu "Günün sədası" verilişində bildirib ki, əməliyyat zamanı ürəyi dayanıb: 

"12 saatlıq əməliyyat keçirdim. Həkimimin savadı nəticəsində sağ qaldım. 12 saatlıq əməliyyatda ürəyim dayandı. Ürəyimə defibrillyator aparatı qoşuldu (ağır ürək aritmiyalarının elektropulse terapiyası üçün tibbdə istifadə olunan cihaz). O aparat vasitəsi ilə məni ayıltdılar. Toyuqlu pizza

Bircə onu bilirəm ki, Allah məni nə qədər sevirmiş. Canımı Allaha fəda etməyə hazıram. Allah bu dəqiqə övladlarımı almaq istəsə, üsyan etmərəm. Çünki Allahın varlığına çox inanıram.

Məhz buna görə də mən ayaq üstəyəm. Oğlumun 12 yaşı var, deyirdi ki, getmə əməliyyata, qorxuram sənə bir şey olar. Allahım balalarım üçün məni qorudu".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!