Məşhur reper Offset həyat yoldaşı Kardi B-yə ad günü hədiyyəsi olaraq 4 milyon dollarlıq üzük alıb.
“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, sözügedən üzükdəki brilliant böyüklüyünə görə “Titanik brilliantı” adlanır.
Kardi B-nin aldığı hədiyyəyə olan reaksiyası çoxlarını qəzəbləndirib. Belə ki, o, “Buna layiqəm”, - deyə bildirib. Dominos pizza
İzləyicilərinin bəziləri onu sərt tənqid edib və üzüyün dəyəri ilə minlərlə insanın qarnını doyuzdura biləcəyini yazıblar.
Qeyd edək ki, Kardi B və Offset cütlüyü lüks həyat tərzləri ilə hər zaman gündəmdə olub. Offsetin müğənniyə evlilik təklifi etdiyi üzüyün dəyəri 500 min dollar idi.




Əsmətxanım
Telegram kanalımız