Müharibə bu zaman dayanacaq - Putin AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

Müharibə bu zaman dayanacaq - Putin AÇIQLADI

Siyasət

27 Noyabr 2025 18:24 4543


Rusiya Ukraynaya qarşı hərbi əməliyyatları onun öz qoşunlarını geri çəkəcəyi halda dayandıracaq.

"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda KTMT sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

"Biz hələ də müxtəlif yerlərdə döyüş əməliyyatlarının dayandırılması barədə "çağırışlar" alırıq. Ukrayna qoşunları tutduqları ərazilərdən çıxacaqsa, döyüş əməliyyatları da dayanacaq. Çıxmayacaqlarsa, biz buna silahlı yolla nail olacağıq", - Putin qeyd edib. Marqarita pizza

Onun sözlərinə görə, düşmən üçün ən böyük problem onun təmas xəttinə göndərməyə qadir olduğu hərbçilərin sayı ilə itkilər arasındakı fərqin artmasıdır. Ukrayna Silahlı Qüvvələri təkcə oktyabr ayında 47,5 min hərbçi itirib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!