“Mümkün hərbi əməliyyat ehtimalı artır” - Abramyan

saytların hazırlanması

Evə çatdırılma

“Mümkün hərbi əməliyyat ehtimalı artır” - Abramyan

Rəsmi

23 Mart 2023 14:37 1281


“Ermənistan-Azərbaycan danışıqlarında vəziyyət dalana bənzəyir və bu, mümkün hərbi əməliyyatların ehtimalını artırır”.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu müxalif “Patev unem” fraksiyasının katibi Tiqran Abramyan deyib.

O bildirib: “Hazırda cəbhə xəttində döyüş əməliyyatlarının bərpası ehtimalı, ilk növbədə, danışıqlar prosesində yaranmış vəziyyətlə bağlı ola bilər. Xüsusən, Ermənistan hakimiyyəti bəyan edib ki, Azərbaycan bu yaxınlarda əldə olunmuş razılaşmalardan geri çəkilib. Onlar elə şərtlər irəli sürür ki, bu halda daha danışıqlara getmək mümkün deyil”. pizza sifarişi

T. Abramyanın sözlərinə görə, 44 günlük müharibədən sonra Ermənistan-Azərbaycan sərhədi və Qarabağ istiqamətində baş verənlər onu göstərib ki, əraziyə qoşunun yeridilməsi və vəziyyətin gərginləşməsi mümkündür:

“Ona görə də sərhəddə, təmas xəttində hərəkətlərin və yığılmaların təhlükəliliyini, hansı məqsədlər güddüyünü anlamaq üçün dərindən araşdırma aparmaq lazımdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!