“Müntəzəm yuxu rejiminə riayət etməyənlərdə hipertoniya xəstəliyinin inkişaf riski yüksəkdir”

“Müntəzəm yuxu rejiminə riayət etməyənlərdə hipertoniya xəstəliyinin inkişaf riski yüksəkdir”

Sağlamlıq Veb saytların hazırlanması

05 Aprel 2023 01:56 5352


Avstraliyanın Flinders Universiteti alimlərinin apardığı tədqiqat nəticəsində müəyyən edilib ki, müntəzəm yuxu rejiminə riayət etməyən insanlarda hipertoniya (arterial təzyiqin yüksəlməsi) xəstəliyinin inkişaf riski yüksəkdir. 

Yenisabah.az xəbər verir ki, bu barədə Amerikanın "Healthline Media" jurnalı yazıb.

Tədqiqatda 38-62 yaş arası 12 287 adam iştirak edib, onlardan 88 faizini artıq çəkiyə malik olan kişilər təşkil edib.

Tədqiqatçılar yuxunun ölçülməsi üçün cihazlardan istifadə edib və iştirakçıların arterial təzyiqini müntəzəm olaraq qeydə alıb, bununla da bu iki göstərici arasında qarşılıqlı əlaqəni müəyyən edib. 

Alimlər müəyyən edib ki, yuxunun müntəzəm olmayan rejimi, saatların miqdarından asılı olmayaraq, yüksək qan təzyiqi riskinin 9-17 faiz artmasına gətirib çıxara bilər.

Bundan başqa, alimlər sübut edib ki, adəti üzrə insan 34 dəqiqə gec yatarsa, bu, arterial təzyiqin 32 faiz artmasına gətirib çıxara bilər. 

"Medstar" Ürək və Damar İnstitutunun kardiologiya kafedrasının rəhbəri doktor Allen Teylor belə tədqiqatların əhəmiyyətini qeyd edib.

Belə ki, onlar gecə istirahətinin hipertoniya riskinə necə təsir etməsi barədə daha çox məlumatlar əldə etməyə imkan verir. 

"Düşünürəm ki, yuxu pəhriz kimi bizim gündəlik məşğuliyyətimizdir. Onların köməyi ilə biz hər gün sağlamlığımızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərik.

Bunun üçün pəhrizə riayət etmək, fiziki məşğələlər yerinə yetirmək və eyni vaxtda yatmaq lazımdır. Belə sadə strategiyaya əməl etsəniz, nəticələr özünü çox gözlətməyəcək", - doktor Teylor məsləhət görüb. 

Bundan öncə Los-Angelesdəki Kaliforniya Universiteti alimlərinin tədqiqatı göstərib ki, normal yuxu ritminin pozulması ona gətirib çıxarır ki, insan yuxunu gerçəklikdən ayırd edə bilmir. 

Yuxusuzluqdan 36 saat sonra insanların qanında iltihab markerləri yüksəlir, hormonal disbalans inkişaf edir və metabolizm ləngiyir.

72 saat yuxusuzluqdan sonra insanlarda həyəcan, dərin depressiya, qarabasmalar və icraedici funksiyalarla bağlı problemlər meydana çıxa bilər.

Somnoloqlar insanlara hər 24 saatdan bir 6-8 saatlıq eyni intervalla müntəzəm yuxu tövsiyə edir./Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!