Rüstəm Muradov Qarabağdakı sülhməramlı missiyasını başa vurur, onu rotasiya qaydasında əvəz edəcəklər.
Yenisabah.az xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə ehtimal olunan namizəd general-mayor Mixail Kosobokovdur.
Bildirək ki, Kosobokov bundan əvvəl 58-ci Birləşmiş Silahlı Qüvvələrin (Cənub Hərbi Dairəsi) komandir müavini vəzifəsində çalışıb. Həmçinin bir vaxtlar Kosobokov Abxaziyadakı rus hərbi bazasına komandanlıq edib. pizza sifarişi
Xatırladaq ki, hələ may ayında Rüstəm Muradovun rotasiya qaydasında Cənub Hərbi Dairəsinin komandir müavini Aleksey Avdeevlə əvəzlənə biləcəyi xəbəri yayılmışdı. Lakin Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olduğu üçün Muradov postunda qaldı.
Telegram kanalımız