Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Aİ-nin yeni mülki monitorinq missiyasını qəbul edib.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, Aİ-nin Xarici Fəaliyyət Xidmətinin mülki əməliyyat komandiri Stefano Tomat ilə görüşdə o, missiyanın regionda sabitlik və sülhü bərqərar edəcəyini deyib.
Stefano Tomat, öz növbəsində, Aİ-nin mülki missiyasını dəstəklədiyinə görə erməni tərəfinə təşəkkür və Ermənistanda həyata keçirəcəkləri işləri təqdim edib. pizza sifarişi
Tərəflər gələcək əməkdaşlıqla bağlı digər məsələləri də müzakirə ediblər.
Qeyd edək ki, fevralın 20-də Avropa İttifaqı iki il müddətinə mülki missiyanın fəaliyyətinə başlayıb.
Telegram kanalımız