Müsavat meriyanın qarşısına aksiya təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Müsavat meriyanın qarşısına aksiya təyin etdi

Siyasət

06 Noyabr 2019 12:53 1106


Müsavat Partiyası noyabrın 12-də saat 15.00-da Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirəcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Müsavat başqanının müavini Fərəc Kərimli məlumat yayıb. 

Bundan əvvəl Müsavat Partiyası mitinq keçirmək üçün BŞİH-yə müraciət edib. Müsavat funskionerləri Gülağa Aslanlı, Razim Əmiraslanov və Elman Quliyev üç yerdən birində, Tofiq Bəhrəmanov adına Respublika Stadionunun önündəki meydanda, “Dərnəgül” metrostansiyasının çıxışındakı meydanda və Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda mitinq keçirmək istədiklərini bildiriblər. Pepperoni pizza

Bu gün partiyanın müraciətinə cavab verilib.

BŞİH Müsavata mitinqi noyabrın 10-u saat 15-17 arasında 5 min nəfərin iştirakı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verib. 

Müsavat isə bununla razılaşmayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!