Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin rəhbərliyindən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

 Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin rəhbərliyindən imtina etdi

Siyasət

19 Noyabr 2019 17:04 1215


Almaniya polisinin qanunsuz mühacir daşınması ilə bağlı əməliyyatı xeyli azərbaycanlının saxta sənədlərlə bu ölkəyə yerləşməsini üzə çıxardı. Bu prosesdə daha çox Müsavat Partiyasının adı hallandı.

“Yeni Sabah” xəbər verir ki, müxalifət partiyası qalmaqala görə Avropa Koordinasiya Mərkəzinin (AKM) rəhbərliyindən imtina edib. Müsavat Partiyasının sədri Arif Hacılı bütün strukturlara rəhbərlik etmək üçün 5 nəfərə səlahiyyət verildiyini bildirib. O, Eldəniz Yusifovun, Sərdar Ağayevin, Akif Nağısoyun, Nurlan Əliyevin və Qorxmaz Beydullayevin adını çəkib. AKM-yə bu ana qədər rəhbərlik edən İlham Həsən isə deyilənləri yalan adlandırıb.

Qanunsuz mühacir qalmaqalında ən çox İlham Həsənlə onun müavini Mehdi Xəlilbəylinin adı çəkilirdi. Maraqlıdır ki, sədr bir neçə gün əvvəl mətbuata açıqlamasında Xəlilbəylinin hələ 6 ay əvvəl təşkilatdan uzaqlaşdırıldığını bildirmişdi. pizza hut

Bizimyol.info 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!