Müsavatı ələ keçirmək planı işə düşür – Əli Kərimlidən növbəti gediş

saytların hazırlanması

Evə çatdırılma

Müsavatı ələ keçirmək planı işə düşür – Əli Kərimlidən növbəti gediş

Siyasət

24 Noyabr 2019 14:25 2290


AXCP sədri Əli Kərimlinin Müsavat Partiyasını ələ keçirmək niyyəti ilə bağlı yayılan xəbərlər ölkədə yeni gündəm yaradıb. Xüsusilə, Milli Şuranın aparıcı funksionerlərindən olan Oqtay Gülalıyevin ağır dürümünda belə bir planın başlaması, onun yerinə Tofiq Yaqublunun transfer edilməsi cəhdləri tənqidlərlə qarşılınab.

Siyasi ekspert Aydın Quliyev bildirib ki, ölkədə sivil inteqrasiya imkanlarını itirmiş radikal müxalifət düşərgəsində qrup, partiya və şəxslərarası münasibətlərdə yeni təmayüllər özünü göstərməyə başlayır. Onun sözlərinə görə, daxili demokratiya intizamı Müsavatda son başqan seçkisində iflasa uğrayıb, habelə xaricdə mühacir alveri cinayətlərində adı hallanan Müsavat partiyasının ictimaiyyətin gözündə tam rüsvay olması müxalifətdaxili yeni prosesləri daha da gücləndirir: (Trend)

"Oqtay Gülalıyevin səhhətindəki problem və Tofiq Yaqublunun Müsavatdakı çoxbaşlı çabaları müxalifət daxilində yeni proseslərə şərait açan faktlar kimi dəyərləndirilə bilər. Proseslərdəki yeni nüansalar ondan ibarətdir ki, Əli Kərimov Müsavatın hazırkı durumundan istifadə edərək onu da nəzarətə götürməyə çalışır. Bu planların icrasında Tofiq Yaqublunu açar fiqur kimi ortaya gətirmək onun ən yaxın niyyətlərindən biri ola bilər.  pizza hut

Vaxtilə hətta eyni partiyada olduqları vaxt mərhum Əbülfəz bəyə qarşı gizli ləkələyici planların icrası ona bu işlərdə qiymətli təcrübə qazandırıb. Yəni formal olaraq istənilən müttəfiq hesab olunan partiyanın başında planlar oynatmaqda onun yetərli təcrübəsi var. Müsavatda artıq Arif Hacılıya açıq istefa tələb etmək ovqatında olan partiya kütləsinin sürətlə çoxalması deməyə əsas verir ki, yaxın perspektivdə Tofiq Yaqublunu Müsavatın başqanı görmək kimi tələblər və bu istiqamətdə siyasi şərhlər gündəmə gələ bilər. Son vaxtlar İsa Qəmbərin Müsavat müstəvisində nisbətən fəallaşması bu təhlükənin öncədən hiss olunması və onun onlənməsi ilə çox bağlı ola bilər".

Ekspert bildirib ki, Oqtay Gülalıyevin fəal hərəkətlərdən uzaq düşməsi Əli Kərimlinin qarşısında bununla da bağlı yeni planlar ortaya çıxara bilər: "Məlumdur ki, Oqtay bəyin rəhbərlik etdiyi hüquq müdafiə təşkilatı daxildə və beynəlxalq instansiyalarda müəyyən tanınma imicinə malikdir. Belə şəraitdə tanınmış bir hüquq müdafiə təşkilatını öz təsirindən buraxmamaq üçün onun rəhbərliyinə ilk mərhələdə müvəqqətilik adı altında yeni şəxsin gətirilmısi Əli Kərimlinin planları sırasında ola bilər.

Bununla belə hazırda iflic vəziyyətinə düşmüş və ideoloji-təşkilatı olaraq dirçəlməsi inanılmaz görünən Müsavat partiyası Əli Kərimli üçün daha rahat və asan tikəyə çevrilib. Vəziyyəti asanlaşdıran ən güclü amil isə odur ki, Müsavatın başında təsirli oyunlar oynamaq gücündə və imkanında olan Tofiq Yaqublu indi faktiki olaraq Əli Kərimovun tam siyasi diktəsi altında fəaliyyət göstərir".

Digər siyasi ekspert Bəhruz Quliyev isə deyir ki, bir müddət əvvəl belə bir proqnozlar verilirdi ki, Kərimli əlində olan bütün imkanlardan maksimum şəkildə istifadə edərək, Cəmil Həsənlini Milli Şura sədrliyindən uzaqlaşdırmaq niyyətindədir. “Artıq bu proqnoz özünü doğruldub. Düzdür, Cəmil Həsənlinin guya sədrlik kreslosunu öz xoşu ilə Müsavat funksioneri və Milli Şuranın üzvü Tofiq Yaqubliya ötürmək təşəbbüsü irəli sürdüyü deyilir. Amma bu heç də belə deyil.

Başını yararsız siyasətbaza qoşaraq, elmi işlərini unudan professor əslində son uğursuzluqların şahidinə çevrilib və indi də həmin uğursuzluqlara, rüsvayçılıqlara şərik olmaqdan yaxa qurtarır. Ona görə də, öz yerinə Tofiq Yaqublunun namizədliyini irəli sürür. Başqa tərəfdən, Əli Kərimlinin Cəmil Həsənlini bu addıma getməyə məcbur etdiyini də istisna etmək olmaz. Lakin ortada digər məqamlar da var”.

"Bəllidir ki, AXCP sədrinin radikal düşərgədə əsas düşməni hər zaman Müsavat partiyası olub" deyə, qeyd edən Bəhruz Quliyev onu da bildirib ki, xüsusilə, qarşı siyasi təşkilat rəhbərliyi ilə cəbhəçilər mehriban düşmənlər kimi tanınırlar: "Bu baxımdan, Tofiq Yaqublunun Milli Şuranın sədri postuna oturması mümkünlüyü bilavasitə Kərimlinin əlinə oynayır. Birincisi, cəbhəçilərin sədri Yaqublu vasitəsi ilə Müsavat Partiyasına təsir etmək imkanı əldə edəcəyini düşünür. İkincisi, Tofiq Yaqublu Müsavat funksioneri olmasına rəğmən daha çox AXCP və Milli Şura sıralarında görünür. Üçüncüsü isə, son vaxtlar Müsavat başqanı Arif Hacılının miqrant alveri məsələsində ifşasından sonra onun istefası tələb edilir və tələb edənlər arasında Əli Kərimliyə yaxınlıqları ilə seçilən AXCP üzvləri də var. 

Beləliklə, Tofiq Yaqublu Milli Şuranın sədri seçilərsə, Əli Kərimli Müsavat Partiyasına təsir imkanlarını artırmaqdan ötrü, yəni şəxsi maraqlarını təmin etmək üçün Tofiq Yaqubluya müəyyən vədlər də verib - Arif Hacılını sıxışdırıb onu başqanlıq postuna doğru yönəltmək. Əbəs deyil ki, məlum olaylardan sonra Tofiq Yaqublu Arif Hacılıya qarşı ittihamlar səsləndirməyə başlayıb. Yəni Əli Kərimli hazırda öz məqsədlərini həyata keçirmək üçün Tofiq Taqublunu silah qismində istifadə edir. Qalır İsa Qəmbər faktoru. Bu məsələdə də Əli Kərimlinin planlarının olduğunu demək mümkündür".

"Daha bir amil Oqtay Gülalıyevlə bağlıdır" deyən baş redaktor hesab edir ki, Əli Kərimli hüquq müdafiəçisinin düşdüyü vəziyyətdən kifayət qədər məmnundur: Çünki Tofiq Yaqublu onun üçün Oqtay Gülalıyevi bu məsələdə də əvəzləyə bilər. AXCP sədri kirli planlarını həyata keçirmək üçün necə deyərlər, bir güllə ilə iki dovşan vuracağını düşünür. Hətta xəstə yatan O.Gülalıyevin arxasından iş çevirir. 

Heç kim onun mərhum Əbülfəz Elçibəyə qarşı törətdiyi xəyanət və söyüş kampaniyalarını, AXCP-nin sədrlik postunu hansı çirkin yollarla zəbt və işğal etdiyini unutmayıb. Ona görə də, bu gün onun fəaliyyətinə nəzər salarkən həm də belə bir nəticə hasil edə bilərik ki, bu ünsür bütövlükdə müxalifəti dağıdıb, özünü də "ana müxalifət lideri" kimi təqdim etməyə cəhd göstərir. Amma bu xislət illərdir ki, davam etsə də, o öz qaranlıq niyyətinə çata bilmir. Atalarımızın bir məşhur sözü var - başqasına quyu qazan özü düşər. Ömrünü xalqa, dövlət maraqlarlna, hətta təmsil olunduğu düşərgəyə xəyanətlər etməyə həsr edən Əli Kərimli əlbəttə ki, özü qazdığı quyuya mütləq mənada düşəcək. Onun xisləti, qaragüruhçuluğu da tam olaraq bu gerçəkliyi sübuta yetirir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!