“Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır”

saytların hazırlanması

Evə çatdırılma

“Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır”

Siyasət

15 Noyabr 2019 06:14 1153


“Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Müsavatçı Qadınlar Birliyinin eks sədri, müsavatçı Tofiq Yaqublunun qohumu Alya Yaqublu deyib. Almaniyada müsavatçıların siyasi mühacir alverinə görə həbs edilmələrinə münasibət bildirən A.Yaqublu vurğulayıb ki, Azərbaycandan mühacir axını çoxalandan sonra Almaniya hökuməti gedənlərin hər biri haqqında Azərbaycandakı müxtəlif təşkilatlara, o cümlədən, hakimiyyətə sorğular göndərməyə başlayıb:

“Baş Prokurorluq, təxminən, 3 il əvvəl bununla bağlı cinayət işi açıb, partiya rəhbərlərini çağırıb sorğu-sual edib”. pizza hut

Qeyd edək ki, Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı Azərbaycanın 7 vətəndaşı saxlanılıb. Onların barələrində həbs qətimkan tədbiri seçilib. Həbs edilənlər arasında Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri İlham Həsən, Müsavat Partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, Müsavat Partiyasının üzvü Elşən Abdullayev də var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!