Müsavatın qurultayında İsa Qəmbərlə namizədlər arasında mübahisə   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Müsavatın qurultayında İsa Qəmbərlə namizədlər arasında mübahisə - Foto

Siyasət

13 Oktyabr 2019 13:44 1387


Bu gün Müsavat Partiyasının qurultayında İsa Qəmbərlə Müsavat başqanlığına namizədlər Tofiq Yaqublu və Yadigar Sadıqlı arasında mübahisə düşüb.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, buna səbəb İsa Qəmbərin namizədlərin çıxışlarına fikir bildirməsi olub.  Bu zaman Yadigar Sadıqlı və Tofiq Yaqublu etiraz edib.  İsa Qəmbər isə bildirib ki, Tofiq Yaqublu  və Yadigar Sadıqlı çıxışlarında onun və Arif Hacılının barəsində həqiqətə uyğun olmayan məlumatlar veriblər.

Buna görə də o qurultay nümayəndəsi kimi çıxış etmək istəyib. Mübahisəyə Arif Hacılı da qoşulub. pizza

Daha sonra çıxışların başa çatdığı qeyd edilib və səsvermə prosesi başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!