Müşfiq Ələsgərli: “Ötən il dünyada 45 jurnalist qətlə yetirilib“

saytların hazırlanması

Evə çatdırılma

Müşfiq Ələsgərli: “Ötən il dünyada 45 jurnalist qətlə yetirilib“

Maraqlı

05 Yanvar 2022 14:49 960


“2021-ci ildə dünyada 45 jurnalist peşə fəliyyətinə görə həyatını itirib. Bu faktlardan 6-sı Avropa qitəsinə daxil olan dövlətlərdə qeydə alınıb”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan təmsilçisi Müşfiq Ələsgərli deyib.

O, qeyd edib ki, federasiyaların hesabatına mina partlayışı nəticəsində həlak olan AZTV-nin operatoru Sirac Abışovun və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun da adı daxil edilib: pizza mizza

“Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) və Avropa Jurnalistlər Federasiyasının (EFJ) 2021-ci il üzrə açıqladıqları hesabatlara Azərbaycanlı jurnalistlər - Məhərrəm İbrahimov və Sirac Abışovun adları da daxil edilib. Digər beynəlxalq media təşkilatlarından fərqli olaraq, İFJ və EFJ Azərbaycanlı jurnalistlər barədə detallı informasiya veriblər, hadisəni Ermənistanın uzun müddət işğalda saxladığı ərazilərin mina xəritələrini Azərbaycana təhvil verməməsi ilə əlaqələndiriblər.

2021-ci il üzrə hesabatda dünya üzrə həbsdə olan jurnalistlər məsələsinə də toxunulub. Qeyd edilib ki, dünyada 365 nəfər jurnalist 2022-ci ili dəmir barmaqlıqlar arxasında qarşılayıb. Həbsdə olan jurnalistlərdən 95 nəfəri Avropa dövlətlərində qeydə alınıb”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!